Sabunçuda və Balakəndə məktəb yandı
Bizi izləyin

Qırmızı.az

Sabunçuda və Balakəndə məktəb yandı

Sabunçuda və Balakəndə məktəbdə yanğın olub.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda Təhsil Nazirliyinə məxsus orta məktəbin ərazisində ümumi sahəsi 50 kv.m olan qazanxananın dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə və qazanxananın ətrafına yığılmış məişət tullantıları 5 kv.m sahədə yanıb.

Qazanxananın qalan hissəsi və bitişik tikili yanğından mühafizə olunub.

Balakən rayonu, Şərif kəndində isə Təhsil Nazirliyinə məxsus ümumi sahəsi 840 kv.m olan birmərtəbəli orta məktəbin yanar konstruksiyaları 125 kv.m (1 sinif otağının, müəllimlər otağının, dəhlizin yanar konstruksiyaları və əşyaları 110 kv.m və 1 sinif otağının tavanı 15 kv.m) sahədə yanıb.

Məktəbin qalan hissəsi yanğından mühafizə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm