Əmək hüquqlarınız pozularkən hara müraciət edəcəyinizi bilirsiniz?
Bizi izləyin

Qırmızı.az

Əmək hüquqlarınız pozularkən hara müraciət edəcəyinizi bilirsiniz?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəsmi internet saytında (www.mlspp.gov.az) keçirilən növbəti interaktiv sorğu yekunlaşıb. Bu dəfəki sorğu zamanı respondentlərə “Əmək hüquqlarınız pozularkən hara müraciət etməli olduğunuzu bilirsinizmi?” sualı ünvanlanıb.

Publika.az xəbər verir ki, sorğuda iştirak edənlərin 84 faizi (1330 nəfər) əmək hüquqları pozularkən hara müraciət etməli olduqlarını bildiklərini qeyd ediblər.

Sorğuda iştirak edənlərin 16 faizi isə (258 nəfər) əmək hüquqları pozularkən hara müraciət etməli olduqlarını hələ də bilmədiklərini vurğulayıblar. Bu, Əmək Məcəlləsinə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanının fəaliyyəti barədə təbliğat-maarifləndirmə işlərinin bundan sonra da davam etdirilməsinin vacibliyini önə çəkir.

Məlumat üçün bildirək ki, vətəndaşlar əmək hüquqlarının təminatı məsələləri ilə bağlı ƏƏSMN-ə, nazirlik yanında DƏMX-ə, yaxud Xidmətin müvafiq bölgə üzrə zona Dövlət Əmək Müfəttişliyinə yazılı və şifahi formada müraciət edə bilərlər.

Eyni zamanda, son bir ildə vətəndaşların ƏƏSMN-ə müraciət imkanlarının genişləndirilməsi məqsədilə aparılan məqsədyönlü işlərdən biri kimi nazirliyin 142-“Çağrı mərkəzi”nin fəaliyyəti müasir tələblərə uyğun şəkildə xeyli təkmilləşdirilib. Vətəndaşlar nazirliyin səlahiyyət dairəsinə aid digər məsələlər kimi, əmək qanunvericiliyinə dair məsələlər üzrə, o cümlədən əmək hüquqlarının pozulması barədə də 142-“Çağrı mərkəzi”nə zəng vuraraq, 4 düyməsini basmaqla birbaşa müraciət etmək imkanlarına malikdirlər.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm