Gömrük Komitəsindən əməliyyat: halvadan narkotik çıxdı
Bizi izləyin

Qırmızı.az

Gömrük Komitəsindən əməliyyat: halvadan narkotik çıxdı

Astara Gömrük İdarəsinin əməkdaşları 1 kiloqram 830 qram narkotik vasitə olan heroinin ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.

Komitənin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Astara Gömrük İdarəsinin Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından piyada yolla Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşı Əhmədova Pərvanə Ədahil qızı saxlanılmış və ona məxsus əl yükünə gömrük baxışı keçirilib. Baxış zamanı əl yükündə üzərində “Oghab Halva” yazısı olan plastik qabın içərisində gömrük nəzarətindən gizlədilən və xalis çəkisi 880 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Eyni üsuldan istifadə edərək ölkə ərazisinə narkotik vasitə keçirmək istəyən Azərbaycan Respublikasının vətəndaşı Piriyev İlqar Məhərrəməli oğlu da saxlanılıb. İlqar Piriyev piyada yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına gələrkən Astara Gömrük İdarəsinin Sərnişin şöbəsində ona məxsus iki ədəd əl yükünə gömrük baxışı keçirilib. Gömrük nəzarəti zamanı üzərində “Oghab Halva” yazısı olan plastik qabın içərisində, gömrük nəzarətindən gizlədilən və xalis çəkisi 950 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm