Qırmızı.az
Fizika İnstitutunda akademik Arif Paşayevin 80 illiyi ilə bağlı seminar keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda akademik Arif Paşayevin 80 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib.
Tədbiri giriş sözü ilə açan institutun direktoru,
fizika-riyaziyyat elmləri doktoru Nazim Məmmədov akademik Arif
Paşayevi 80 illiyi münasibətilə təbrik edib. O, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən
"İstiqlal" ordeni ilə təltif olunan akademik Arif Paşayevin Fizika
İnstitutundakı çoxşaxəli fəaliyyətindən danışmışdır. Diqqətə
çatdırmışdır ki, Arif Paşayev sonrakı fəaliyyətini Azərbaycan Milli
Aviasiya Akademiyasının (MAA) rektoru kimi davam etdirsə də,
institutla daim sıx elmi əməkdaşlıq etmişdir. N.Məmmədov akademik
Arif Paşayevi institutun əməkdaşları adından təbrik etmiş,
elmi-pedaqoji fəaliyyətində uğurlar arzulamışdır.
AMEA-nın müxbir üzvü, Fizika İnstitutunun elmi işlər üzrə direktor
müavini Cavad Abidinov akademik Arif Paşayevin elmi-təşkilati
fəaliyyəti haqqında məruzə ilə çıxış etmişdir. O, akademikin
1971-1996-cı illərdə Fizika İnstitutunun "Zədəsiz ölçmə və
nəzarətin fiziki üsulları" laboratoriyasına rəhbərlik etməsi,
MAA-ya rektor təyin olunduğu gündən indiyədək orada apardığı
islahatlardan, elm və təhsilin inkişafına verdiyi töhfələrdən
danışmışdır. Bildirilmişdir ki, akademik Arif Paşayevin elm və
təhsil sahələrindəki uğurları dövlətimiz və beynəlxalq təşkilatlar
tərəfindən yüksək qiymətləndirilmişdir.
İnstitutun informasiya sektorunun rəhbəri, akademik Çingiz Qacar da
görkəmli alim Arif Paşayevin elmi fəaliyyəti haqqında danışmışdır.
O, akademik Arif Paşayevin elm sahəsində daim yenilik axtarışında
olduğunu vurğulamış, yüksək insani keyfiyyətlərindən söhbət
açmışdır.
Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev akademik
Arif Paşayevin nəcib xüsusiyyətlərindən, elm sahəsində qazandığı
uğurlardan danışmışdır. Diqqətə çatdırılmışdır ki, akademik Arif
Paşayev MAA-nın maddi-texniki bazasının yenilənməsinə xüsusi diqqət
yetirir. Elmin İnkişafı Fondu da bu cəhəti fəaliyyətində əsas
istiqamət kimi götürür. E.Babayev, həmçinin rəhbərlik etdiyi fondun
MAA ilə bir sıra layihələr həyata keçirməsindən, Milli Aviasiya
Akademiyasının akademik Arif Paşayevin uğurlu fəaliyyəti
nəticəsində ölkədə və dünyada həm elmi-tədqiqat, həm də qabaqcıl
tədris ocağı kimi tanınmasından söhbət açmışdır.
Daha sonra AMEA-nın akademiki Maqsud Əliyev, müxbir üzv Bahadur
Tağıyev, professorlar Eldar Qocayev, Səlimə Mehdiyeva və başqaları
akademik Arif Paşayevi əlamətdar yubileyi münasibətilə təbrik
etmişlər.
Tədbirin sonunda akademik Arif Paşayevin həyatı, elmi-təşkilati
fəaliyyətindən bəhs edən film göstərilmiş və institutun muzeyində
sərgi nümayiş olunmuşdur.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...