Azərbaycanda əsl yaz başlayır – HAVA PROQNOZU
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda əsl yaz başlayır – HAVA PROQNOZU

Azərbaycanda hava şəraiti mülayimləşəcək, bəzi yerlərdə temperatur 14 dərəcəyədək yüksələcək.


Publika.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosuna istinadən məlumatına görə, aprelin 2-də hava gün ərzində dəyişkən buludlu keçəcək, arabir tutulacaq. Bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi ehtimalı var. Cənub küləyi əsəcək.


Havanın hərarəti gecə 3-5, gündüz 7-11 dərəcə isti olacaq.


Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub küləyi gündüz ayrı-ayrı yerlərdə güclənəcək.


Havanın temperaturu Aran rayonlarında gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm