Silahlı Qüvvələrə Yardım Fonduna toplanan vəsaitin məbləği açıqlandı
Bizi izləyin

Qırmızı.az

Silahlı Qüvvələrə Yardım Fonduna toplanan vəsaitin məbləği açıqlandı

Ötən bir ay ərzində Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna toplanan vəsaitin həcmi 842 555 manat artıb.

Publika.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, 1aprel 2015-ci il tarixinə Fondun manat hesabındakı vəsait 62 495 671 manat, ABŞ valyutası ilə hesabındakı vəsait 211 791 dollar, avro hesabındakı vəsait isə 593 avro təşkil edib.

Fondun ABŞ dolları, avro və Rusiya rublu ilə hesablarına son bir ildə vəsait daxil olmayıb.

Qeyd edək ki, bu il martın 1-nə olan məlumata görə, Silahlı Qüvvələrə Yardım Fondunun Azərbaycan manatı hesabındakı vəsait 61 653 116 manat, ABŞ dolları hesabındakı vəsait 211 791 dollar, avro hesabındakı vəsait isə 593 avro təşkil edib.

Xatırladaq ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm