• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Fəzail Ağamalıdan erməni himnini dinləməyən idmançımıza DƏSTƏK

Fəzail Ağamalıdan erməni himnini dinləməyən idmançımıza DƏSTƏK

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı Moskvada keçirilən sambo üzrə Dünya Kubokunda mükafatlandırma mərasimi zamanı Ermənistan himnini oturaraq dinləyən Azərbaycan yığmasının üzvü Bəxtiyar Abbasovun bu hərəkətinə görə bürünc medalından məhrum ediləcəyi barədə yayılan məlumatlara münasibət bildirib.

Deputat Publika.az-a açıqlamasında deyib ki, Azərbaycan idmançısının bu cür davranış nümayiş etdirməsi onun vətənpərvərliyinin bariz nümunəsidir: “Bu həm də hər bir azərbaycanlı tərəfindən qəbul edilən və dəstəklənən addımdır. Hər birimiz də bu cür hərəkətinə görə idmançımızla bərabər olmalıyıq. Avropa Sambo Federasiyasının onun haqqında qəbul edəcəyi hər hansı qərar idmançımızı ruhdan salmamalıdır. Çünki hər bir Azərbaycan vətəndaşı Vətənin bütövlüyü, xalqımızın müstəqilliyi və istiqlalı yolunda Mübariz İbrahimov kimi canından belə keçməyə hazır olmalıdır. Hər bir azərbaycanlı gənc bunu özünə şərəf bilməlidir. Ona görə də idmançımızın bu cür addımına görə bütün azərbaycanlıları ona ciddi dəstək verməyə və alqışlamağa çağırıram”.

Xatırladaq ki, Rusiyanın paytaxtı Moskvada Anatoli Xarlampiyevin xatirəsinə həsr olunmuş sambo üzrə Dünya Kubokunda mükafatlandırma mərasimi zamanı Ermənistan himnini oturaraq dinləyən Azərbaycan yığmasının üzvü Bəxtiyar Abbasov bürünc medalından məhrum ediləcək. Bu barədə "Report"a Azərbaycan Sambo Federasiyasının (ASF) prezidenti Ceyhun Məmmədov məlumat verib.

Onun sözlərinə görə, 90 kq çəki dərəcəsində yer alan B.Abbasov ən azı 2 il müddətinə bütün yarışlardan diskvalifikasiya ediləcək: "Bunu mənə Avropa Sambo Federasiyasının prezidenti Sergey Yeliseyev dedi. O, həm də Beynəlxalq Sambo Federasiyasının (FİAS) vitse-prezidentidir. Yaxın vaxtlarda FİAS-ın İntizam Komitəsinin toplantısı keçiriləcək və qərar rəsmiləşəcək".

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR