Uşaqlara yeni peyvənd vurulacaq
Bizi izləyin

Qırmızı.az

Uşaqlara yeni peyvənd vurulacaq

Azərbaycanda uşaqlara vurulan peyvəndin sayı artırılır. Bu ilin ikinci yarısından başlayaraq inaktivləşdilmiş polimelit vaksinin tətbiqi gözlənilir.

Bu barədə Publika.az-a Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva məlumat verib.

Onun sözlərinə görə, hazırda ölkədə oral-polimelit vaksini tətbiq edilir. Bu ağızdan damcı formasında verilir. Yeni vaksin isə inyeksiya formasında tətbiq ediləcək.

“Bu, zamanın tələbidir. Dünyada polimelitin ləğvi ilə əlaqədar olaraq işlər aparılır. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qarşıya qoyulan məqsəd 2020-ci ilə qədər bu xəstəliyə yoluxmanı tam ləğv etməkdir. Oral-polimelit vaksini vəhşi-ploiovirusla mübarizə apara bilir. Lakin bununla yanaşı yeni vaksinlərin tətbiqinə ehtiyac var. Bu vaksinlər 6 ayda uşaqlara vurula biləcək”.

A.Əliyeva bildirib ki, bu peyvəndin ölkəmizdə tətbiqi barədə yekun qərar verilməyib. Tam işlər başa çatandan sonra daha ətraflı məlumat vermək mümkün olacaq.

Qeyd edək ki, poliomielit uşaq iflici xəstəliyidir. Xəstəlik sinir sisteminin zədələnməsi nəticəsində baş verir, onurğa beyninin boz maddəsi zədələnir. Ömür boyu iflicdən əziyyət çəkir. Boy kiçilir, axsaqlıq, arıqlama müşahidə edilir. Virus əsasən, su və qida ilə yoluxur. Bu xəstəliyə yoluxanların isə müalicəsi yoxdur, yəni ömür boyu iflic olur, heç bir müalicə təsirli etmir. 1988-ci ildə 125 ölkədə 350 mindən çox poliomelit xəstəsi aşkarlanıb. 2002-ci ildə bu virusun yayıldığı ölkələrin sayı 7, xəstə sayı isə 1918-ə düşüb. Xəstəlik daha çox isti və rütubətli fəsillərdə geniş yayılır.

A.Əliyevanın sözlərinə görə, ölkədə tez-tez müxtəlif xəstəliklər üzrə yeni vaksinlər tətbiq edilir. Səhiyyə Nazirliyi tərəfindən hansı xəstəlik daha aktualdırsa, ona qarşı vaksinin istifadəsinə başlanılır:

“Hazırda ölkədə pnevmoniyaya qarşı peyvənd aparılır. Bundan başqa, 2011-ci ildə HIP tərkibli 5 komponentli vaksin, 2013-cü ilin dekabrında tətbiq edilən pnevmokok əleyhinə 10 valentli vaksinlər isə bakteriyalar tərəfindən törədilən infeksiyaların qarşısının alınmasına yönəldilib. Bu peyvəndlər uşaqlar arasında pnevmoniya, meningitin qarşısını almaq üçün tətbiq edilir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm