Ucarda vəhşi heyvanlar mal-qaraya hücum edərək onları tələf edib
Bizi izləyin

Qırmızı.az

Ucarda vəhşi heyvanlar mal-qaraya hücum edərək onları tələf edib

Ucar rayonunda vəhşi heyvanlar əhalinin əsas gəlir mənbəyi olan mal-qaraya hücum ediblər.

Ucar rayonunda vəhşi heyvanlar əhalinin əsas gəlir mənbəyi olan mal-qaraya hücum ediblər.

Baş verən hadisə rayonun Alpout kəndində qeydə alınıb. Belə ki ötən gün Kənd sakini Allahverdi Səvxanov xırda buynuzlu heyvanları günorta saatlarında otlaq sahəsində olan vaxt sahibinin gözü qarşısında vəhşi heyvanlar sürüyə hücum ediblər.

Kənd sakinləri bu cür halların tez-tez baş verdiyini deyirlər. Onların sözlərinə görə təkcə bu il 30 başdan çox iri, 40-50 başda xırda buynuzlu heyvanı vəhşi heyvanlar parçalayaraq məhv ediblər.

Kənd sakinlərinin sözlərinə görə, əvvəllər vəhşi heyvanları gecələr görmək olurdusa, amma indi gündüzlərdə görmək olur. Hətta kəndin yaxınlında canavarların yuvasında olduğu iddia edirlər. Kənddə odlu silah olmadığından və vəhşi heyvanların öldürülməsinə icazə verilmədiyindən çarəsiz qalan sakinlər heyvanlarını öz həyətlərində, qapalı yerdə saxlamağa məcbur olublar.

Kənd sakinlərinin sözlərinə görə, sonuncu dəfə ötən gün axşam Kənd sakini Məhəmməd Əzimovun , 2 baş iri buynuzlu heyvanını vəhşi heyvanlar parçalayaraq öldürüblər. Hadisədən sonra Ucar Rayon Baytarlıq idarəsinə məlumat verilib. İdarə əməkdaşları yaralı heyvanları vaksinasiya edib, ölən heyvanlar isə yandırılaraq basdırılıb.

İdarə rəisi sakinləri iri və xırda buynuzlu heyvanları, sahibsiz otlaq sahələrinə buraxmamağı tövsiyə etdi. Vəhşi heyvanlardan qorumaq üçün alternativ variant hələlik bunun olduğunu bildirdi. /Gun.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm