SON DƏQİQƏ: İstanbul Polis İdarəsinə silahlı basqın – VİDEO/FOTO (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

SON DƏQİQƏ: İstanbul Polis İdarəsinə silahlı basqın – VİDEO/FOTO (YENİLƏNİB)

Silahlı şəxslər İstanbul Polis İdarəsinin binasına hücum edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, iri çaplı silahlardan Polis İdarəsini atəşə tutan iki nəfərdən bir ölüdürülüb, digəri isə yaralı olaraq ələ keçirilib. Yaralı terrorçunun üzərində bomba olduğu bildirilir. Qurumun yerləşdiyi Vətən Prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Atışma zamanı bir polis əməkdaşı yaralanıb.

Son məlumata görə, idarəyə hücum edənlərdən birш qadın olub. Atışmada öldürülən terrorçu da o olub. Digər bir terrorçu isə yaralı olaraq ələ keçirilib. Hələlik terrorçuların adları açıqlanmır.

Öldürülən terrorçu qadının fotosu da yayılıb. Onun üzərindəki bomba isə mütəxəssislər tərəfindən partladılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm