Azərbaycanın buğda gəmisi saya oturdu
Bizi izləyin

Qırmızı.az

Azərbaycanın buğda gəmisi saya oturdu

Azərbaycanın buğda daşıyan “Teymur Əhmədov” gəmisi saya oturub.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən Publika.az-a verilən məlumata görə, martın 31-də Həştərxan limanından çıxdıqdan sonra, Volqa-Xəzər kanalının 138,5-ci kilometrində Rusiyanın Gəmilərin hərəkətinin idarə olunması Xidmətinin gəmidəki bələdçilərinin göstərişləri ilə hərəkət edən zaman gəmi saya oturub.

Gəminin saya oturmasına səbəb güclü şərq küləyinin təsiri altında suyun çəkilməsi və kanalın qumla dolması olub. Bundan başqa, adıçəkilən xidmətin gəmiyə verdiyi keçid dərinlikləri faktiki dərinliklərə uyğun olmayıb.

“Teymur Əhmədov”un kapitanı Bəhrəm Dadaşovun verdiyi məlumata görə, gəmi heç bir zədə almayıb. Hazırda gəminin yedək vasitəsilə saydan çıxarılması əməliyyatı həyata keçirilir.

QSC-də, həmçinin bildiriblər ki, anbarlarında 3 011 ton buğda olan “Teymur Əhmədov” saydan çıxarıldıqdan sonra səfərini davam etdirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm