Qırmızı.az
“Banditizm”in sabiq rəisi həbs edildi
Bakıda Səbail Rayon Polis İdarəsinin əməkdaşları
tərəfindən vaxtilə tanınmış kinorejissor və aktyor olan Nizami
Musayev saxlanılıb.
Trend-in məlumatına görə, N.Musayev 1992-ci ildə Xalq Cəbhəsi
hökuməti dövründə Azərbaycan DİN-in Banditizmə və Terrorizmə qarşı
Mübarizə İdarəsinin rəisi vəzifəsini tutub.
1995-ci ildən axtarışda olan N.Musayevə qarşı Cinayət
Məcəlləsinin (2000-ci ilin sentyabrın 1-ə qədər qüvvədə olmuş)
88-1-ci (dövət əmlakını və ya ictimai əmlakı, xüsusilə killi
miqdarda talama) və 168-ci (hakimiyyəti və ya qulluq
səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə məlumatı
təsdiqləyiblər.
Qeyd edək ki, N.Musayev həm aktyor, həm ssenarist, həm də rejissor kimi tanınıb, eyni zamanda bir çox təhlükəli fəndlərin quruluşçusu olub (idmançı olduğuna görə, bir çox fəndləri şəxsən yerinə yetirib).
N.Musayevin ən məşhur filmi “Lətifə” filmidir. Həmçinin “Alman klinikasına şəxsi səfər”, “Araqarışdıran”, “Bəyin oğurlanması”, “Cin mikrorayonda”, “İşarəni dənizdən gözləyin” , “Qanlı zəmi”, “Qara gölün cəngavərləri”, “Qorxma, mən səninləyəm” və “Yaramaz” kimi filmlərin çəkilməsində iştirak edib.
-
MDB09:45
Rusiya bu ərazidə nüvə silahı yerləşdirib - Şok iddia
-
Nəqliyyat08:25
Bakının bu yollarında tıxac var - SİYAHI
-
Magazin108:10
Şəbnəmin prodüseri vəfat etdi
-
Qoroskop07:39
Bu 3 bürcün may ayında bəxti gətirəcək
-
Magazin107:25
Məşhur aktyor Serenayla tərəf müqabili olacaq
-
Ekopublika.az02:19
Hansı sahələr daha çox varlandırır? - “Forbes” açıqladı
-
Nida Xəbər 00:37
"Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur" - Paşinyan
-
İdman00:22
"Fənərbağça" çempionluq yolunda ağır zərbə aldı