Qırmızı.az
Nazir müəllimlərin maaşlarının artımından danışdı
Attestasiyadan keçən hər bir müəllim əmək haqları ilə bağlı islahatlarla əhatə olunacaq.
Trend xəbər verir ki, bunu bu gün jurnalistlərə açıqlamasında Təhsil naziri Mikayıl Cabbarov deyib.
Nazirin sözlərinə görə, ilkin mərhələdə maaş artımı mart ayı
üçün artıq Bakıda yerləşən məktəblərdə fəaliyyət göstərən
müəllimlərə ödənilib: “Hər bir müəllimin artım faizi və nisbəti
fərdidir. Bu onların iş stajı və dərs yükündən asılıdır. Bu
məsələyə dair Bakı şəhər Təhsil İdarəsi xüsusi açıqlama verib.
Hazırda müvafiq məktəblərdə həm müəllimlərə, həm də məktəb
rəhbərliyinə bu işlə bağlı əlavə məlumatlar verilir. Bu məqsədlə
xüsusi işçi qrupu formalaşıb”.
Artımda konkret rəqəmə gəlincə, M.Cabbarov qeyd edib ki, bu artım hər bir müəllim üçün fərqlidir: “Əksər müəllimlər üçün bu əmək haqqı artımı təxminən 20-30 faiz civarında olur. Bundan daha çox alan da, az alan da müəllimlər var. Bunun da səbəbi iş stajı və dərs yükləri, eləcə də Azərbaycan Respublikasının gəlir vergisi sistemindən asılıdır. Maaşların nə dərəcədə artmasından asılı olaraq təbii olaraq hər bir vətəndaşın gəlir vergisi dərəcəsi tətbiq oluna və ödənilə bilər. Belə yanaşma olmamalıdır ki, hər bir müəllimə artım eyni svəiyyədə tətbiq olunub. Eyni qrupda, yəni stajla çalışan və dərs yükünə malik olan müəllimlərin maaş artımı eyni ola bilər. O ki, qaldı ümumi artıma, bu, cənab Prezidentin sərəncamı ilə müəyyən edilib. Dərs stavkası 1,5 dəfə, əmək haqqı isə orta hesabla 2 dəfə artırılıb. Bunun da əks hesablanmasını keçirmək asandır”.
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...