Batan gəmidə həlak olan azərbaycanlılar - ADLAR
Bizi izləyin

Qırmızı.az

Batan gəmidə həlak olan azərbaycanlılar - ADLAR

Oxot dənizində qəzaya uğrayan "Uzaq Şərq" balıqçı gəmisində həlak olan azərbaycanlıların adları məlum olub.

Publika.az-ın məlumatına görə, gəmidə olan azərbaycanlılardan 2 nəfəri həlak olub.

1.Sadıqov İmadəddin Hidayət oğlu (1969),

2.Talıbov Mailağa Ulduz oğlu (1964).

Digər 5 azərbaycanlının - Səfərov Məhəmməd Səfər oğlu (1964), Məhərrəmov Muradəli Qurban oğlu (1987), Əliyev Elman Fərqan oğlu (1964), Əliyev Cəfər Fərqan oğlu (1975), Səfərov Fazil Hilal oğlunun (1959) taleyi isə məlum deyil.

Qeyd edək ki, balıqçı gəmisinin göyərtəsində olan 132 ekipaj üzvündən 117 nəfəri sudan çıxarılıb. Onlardan 54 nəfəri həlak olub. Xilas edilən 63 ekipaj üzvü Maqadana göndəriləcək. Onların çoxunu soyuq suda uzun müddət qaldıqlarına görə don vurub.

15 balıqçının taleyi hələ də məlum deyil. Xilasetmə əməliyyatı hazırda davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm