Bakıda ev partladı: xəsarət alanlar var
Bizi izləyin

Qırmızı.az

Bakıda ev partladı: xəsarət alanlar var

Bakıda yaşayış evində partlayış olub.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə Xəzər rayonunun Buzovna qəsəbəsində Ofeliya Məmmədovaya məxsus evdə qeydə alınıb.

Partlayışa təbii qaz sızması səbəb olub. Nəticədə dağıntı olmasa da, O.Məmmədovanın qonaqları, Xaçmaz rayon sakinləri Ayaz Bəşirov və Ruhəddin Kərimov yanıq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm