Qırmızı.az
Əli İnsanovun atasının Səməd Vurğuna yazdığı məktub tapıldı - FOTO
AMEA Əlyazmalar İnstitutunun Şəxsi Arxivlər Fondunda bir çox ziyalılarımızın şəxsi işləri saxlanılır. Xalq şairi Səməd Vurğuna aid qovluqda isə şairə məxsus müxtəlif sənədlər mövcuddur.
Qaziler.az saytına daxil olan belə sənədlərdən biri də 1948-ci ildə Ermənistanın Noyanberyan rayonunun Ləmbəli kəndində yaşayan Binnət İnsanov tərəfindən Səməd Vurğuna yazılmış məktubdur. Qeyd edək ki, Binnət İnsanov sabiq Səhiyyə naziri Əli İnsanovun atasıdır.
“Möhtərəm Səməd!
Sizə səmimi salamlarım təbiidir. Mən Sizdən çox üzr istəyirəm, ona görə ki, indiyədək biz şəxsən tanış deyilik. Mən çox arzu edirəm ki, Sizin yanınıza gəlim, lakin işdən məni buraxmırlar.
Əziz Səməd, yəqin ki, Siz Ermənistanda yaşayan azərbaycanlıların Azərbaycana köçürülməsi haqqında çoxdan xəbərdarsınız. Bu məsələ barədə xalanız oğlu Hüseynalı Sizə məlumat verib və mən də müraciət edib, kömək istəyirəm.
Mən Ermənistanın Noyanberyan rayonunun Ləmbəli kəndində kolxoz sədri işləyirəm. İndi bizim kəndi 1948-ci ilin sonuna kimi Azərbaycana köçürürlər. Ancaq hansı ayda və hansı rayona köçürülməsi məlum deyil. Odur ki, bu məsələnin həlli haqqında mən Bakıya gələsi idim, məni buraxmadılar.
Ona görə də Sizdən bir xahiş eləmək istəyirəm. Verəcəyim zəhmətə görə məni bağışlayın.
Əzizim Səməd! Bizə kömək elə ki, köçəcəyimiz yer - rayon bizim iqlimə uyğun olsun. Məsələn: Qazağa, Ağstafaya, ya da Şəmkirə. Mənim fikrimcə bu rayonlarda bizim camaat uyğunlaşa bilər. Xahiş edirəm, bizim məsələ haqqında lazımi orqanlarla danışıb mümkün qədər kömək edəsiniz.
Məndən salam olsun Mehdixana, Yusifə, Vaqifə və bütün qohumlara. Hələlik, sağlıqla qalın.
Salamlarla Binnət İnsanov”
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!