Qırmızı.az
Əmək münasibətlərində korrupsiya ilə bağlı tədbir keçirilib – FOTOLAR
Bu gün Bakıda “Şəffaflıq Azərbaycan Korrupsiyaya Qarşı Mübarizə” İctimai Birliyi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə əmək münasibətləri çərçivəsində yaranan problemlər və onların həlli yollarına dair “dəyirmi masa” keçirib.
Publika.az-ın məlumatına görə, tədbir hökumət qurumları ilə qeyri-hökumət təşkilatları (QHT) arasında şəffaflığın və hesabatlılığın artırılması məqsədilə keçirilən silsilə tədbirlərin davamı kimi təşkil olunub.
“Şəffaflıq Azərbaycan Korrupsiyaya Qarşı Mübarizə” İctimai Birliyinin icraçı direktoru Rəna Səfərəliyeva bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd əmək münasibətləri zamanı yaranan korrupsiya risklərini minumuma endirmək istiqamətində qarşıya çıxan çatışmazlıqları müəyyənləşdirmək və müzakirə etmək, bu sahədə şəffaflığın və hesabatlılığın artırılması istiqamətində səmərəli üsullar ortaya qoymaqdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək siyasəti şöbəsinin baş məsləhətçisi Bəxtiyar Məmmədov işçilərin əmək hüquqlarının qorunması sahəsində görülən işlərdən danışıb.
Daha sonra tədbirdə “Əmək münasibətləri zamanı qarşıya çıxan hüquq pozmalarının qarşısının alınması” mövzusunda tövsiyyələr təqdim olunub, tədbir iştirakçılarının müzakirələri dinlənilib.
Vasif Həsənli
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom