Yer Günəşlə Ayın arasına keçəcək
Bizi izləyin

Qırmızı.az

Yer Günəşlə Ayın arasına keçəcək

“Aprelin 4-də ilin ilk Ay tutulması baş verəcək. Ay tutulması yerli vaxtla 15:16-da başlayacaq, 17:02-də maksimum olacaq, 18:45-də başa çatacaq. Ümumilikdə ay tutulması 3 saat 29 dəqiqə ərzində davam edəcək”.

Bunu Publika.az-a açıqlamasında Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov deyib.

Onun sözlərinə görə, tutulma əsasən Asiya, Avstraliya, Sakit Okean və ABŞ-da müşahidə ediləcək.

“Bu, tam Ay tutulması olacaq. Ay tutulması Ay bədirlənəndə baş verir. Bu halda Yer Günəşlə Ayın arasında olur. Ay Yerin kölgəsindən keçəndə tutulma baş verir. Ayın üfüqdən yuxarıda olduğu ölkələrdə tutulma müşahidə ediləcək. Ay tutulması Azərbaycanda gündüz saatlarına təsadüf etdiyinə görə, müşahidə edilməyəcək”.

Ay tutulmasının insanların səhhətində hər hansı narahatlığa səbəb olmasına gəldikdə, X.Mikayılov bunun planetlərin hərəkəti ilə bağlı hadisə olduğunu bildirdi.

“Məhz bu səbəbdən insanların səhhətində narahatlığa səbəb olması barədə fikirlər doğru deyil. Bu, təbiət hadisəsidir, Günəş sisteminə daxil olan planetlərin hərəkəti nəticəsində baş verir. Dünya yaranandan bu proseslər müşahidə olunur. Bunun heç bir canlı üçün zərəri yoxdur. Hətta zəlzələlərə səbəb olması barədə deyilən fikirlər də doğru deyil. Bu hadisə yalnız psixoloji cəhətdən insanlara təsir edə bilir. Bəzi insanlar bu hadisədən stress, qorxu keçirir. Amma hesab edirik ki, buna da əsas yoxdur”.

X.Mikayılov bundan sonrakı Ay tutulmasının sentyabrın 28-də olacağını bildirib:

“Senytabrın 13-də ikinci Günəş tutulması olacaq. Bir il ərzində iki Günəş, iki Ay tutulması olacaq. Ay təzələnəndə Günəş tutulması, bədirlənəndə Ay tutulması olur. Bu tutulmalar arasında 15 gün fərq olur”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm