• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Öləcəyini öncədən görən əfsanəvi səyahətçi dünyasını dəyişdi

Öləcəyini öncədən görən əfsanəvi səyahətçi dünyasını dəyişdi

Rusiyada hər kəsin çox yaxşı tanıdığı məşhur velosipedçi, 72 yaşlı səyahətçi Aleksandr Qreçkin bu gün qəzaya düşərək həyatını itirib.

Publika.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, o, Böyük Vətən Müharibəsində əldə edilmiş 9 May Qələbəsinin 70 illiyi münasibətilə münasibətilə keçirilən velosiped yarışı turnirində qəzaya düşüb. Hadisə bu gün saat 13:30 radələrində baş verib. Ağır yük maşınlarından biri şose yolda Aleksandr Qreçkinin idarə etdiyi velosipedin üstünə çıxıb. Qəzaya səbəb olmuş yük avtomobilinin 42 yaşlı sürücüsü polisə izahatında idarəetməni itirdiyini deyib. Maraqlıdır ki, qəza zamanı həyatını itirmiş Aleksandr Qreçkin bir qədər əvvəl “Komsomolskoy pravde” qəzetinə müsahibəsində “Mən yola çıxarkən heç nədən – aclıqdan, soyuqdan qorxmuram. Hər cür çətinlik ola bilər” – demişdi: “

Yollarda çətinlikləri bir-birlərinə ancaq sürücülər törədirlər. Bəziləri yollarda avtomobilləri təhlükəli idarə edirlər. Bəziləri əməlli-başlı axmaqdır. Təhlükəsizlik üçün əsas məsələ şose yolda maşını, velosipedi sakit sürməkdir”.

1981-ci ildən velosipedlə səyahətə çıxan Aleksandr Qreçkini Rusiyada peşəkar idmançı adlandırırdılar. O, bu illər ərzində 25 müxtəlif velosiped marafonunda iştirak edib. Qreçkin sonuncu marşrut səfərinə fevral ayında başlamışdı. O, Qələbə Günü münasibətilə başladığı növbəti yürüşü başa vurmaq üçün 7 min kilometr məsafə qət etməli idi. Qreçkin artıq 7 min kilometrlik məsafənin yarısını – 3 min 500 kilometri qət etmişdi. Novorossiysk, Krasnodar, Rostov - Don, Doneçk, Luqansk, Belqorod şəhərlərini velosipedi ilə gəzən velosipedçinin ölümü ilə bağlı müəmmalar artıq müzakirə mövzusuna çevrilib. Qəzaya düşdüyü gün canlı efir vasitəsilə müsahibə verən əfsanəvi səyahətçi onu Torjokda xüsusi mehribanlıqla qarşıladıqlarını bildirmişdi.

72 yaşlı velosipedçinin yollarda aclığın, şaxtanın deyil, sürücülərin ölüm təhlükəsi yaratdığını vurğulaması indi müxtəlif cür qələmə verilir. Rusiya mətbuatı Aleksandr Qreçkini ölümü barədə xəbər verən idmançı kimi səciyyələndirib. İdman yazarları əfsanəvi velosipedçinin özünün yaxın günlərdə qəzaya düşərək dünyasını dəyişəcəyini hiss etdiyini dönə-dönə vurğulayırlar.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR