• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Mingəçevirdə 3 maşın toqquşdu

Mingəçevirdə 3 maşın toqquşdu

Mingəçevir şəhərində 3 maşının iştirakı ilə zəncirvari avtomobil qəzası baş verib, 4 nəfər xəsarət alıb.

APA-nın yerli bürosunun xəbərinə görə hadisə bu gün Mingəçevir şəhərinin M.Fizuli və Ü.Hacıbəyov küçələrinin kəsişməsində qeydə alınıb.

Şəhər sakini, 1975-ci il təvvəllüdlü Məmmədov Rafael Allahverdi oğlunun idarə etdiyi 45-BG-815 dövlət nömrə nişanlı “Hyundai İX-35” markalı minik maşını 1985-ci il təvəllüdlü Əzməmmədov Elvin Təbriz oğlunun idarə etdiyi 10-VN-846 dövlət nömrə nişanlı “VAZ 21012” markalı minik maşını və yoldan keçən 58-NA-028 markalı “Mitsubishi” markalı minik avtomobili ilə toqquşub. “Hyundai İX-35” markalı avtomobil zərbənin təsiri səbəbindən yoldan çıxaraq kənardakı hasarı dağıdıb və fərdi yaşayış evinin həyətinə daxil olub.

Hadisə zamanı 4 nəfər müxtəlif bədən xəsarətləri alıb. Sürücülər Rafael Məmmədov, Elvin Əzməmmədov və şəxsiyyəti hələ ki, müəyyən edilməyən iki yaralı şəxs Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır

Xəbər lenti

DAHA ÇOX XƏBƏR