Ermənilərin “Qarabağ xalçası” iddiasına muzey direktoru cavab verdi
Bizi izləyin

Qırmızı.az

Ermənilərin “Qarabağ xalçası” iddiasına muzey direktoru cavab verdi

Ermənilərin “Qarabağ xalçası” iddiasına muzey direktoru cavab verdi

“Qarabağ xalçaları haqqında kifayət qədər mənbələr var.

Erməniləri tarixi oxumağa dəvət edirəm. Qoy tarixi mənbələrə müraciət etsinlər. Onda biləcəklər ki, “erməni xalçası” adlı anlayış ümumiyyətlə yoxdur”.

Bunu Modern.az-a açıqlamasında Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva deyib.

“XIX əsrdən başlayaraq Rusiya Qafqaza mütəmadi olaraq tədqiqatçılar yollayıb. Onlar da Qafqazda nə qədər xalq sənətkarı varsa, hamısını qeydə alıblar. Zedgenidze adlı bir tədqiqatçı Şuşada olub. O yazıb ki, “ermənilər xalça toxumağı gərək azərbaycanlılardan öyrənsinlər”.

Tekstil muzeyinin direktoru Qrand Elif isə öz kitabında qeyd edib ki, “biz sovet dövrünə kimi “erməni xalçası”nın nə olduğunu bilməmişik. Qarabağ xalçalarının hamisi Azərbaycana məxsusdur”. Tədqiqatlardan biri yazıb ki, “erməni xalçaları” əslində Şuşada azərbaycanlılar tərəfindən toxunub”.

Qeyd edək ki, Ermənistan mətbuatında “Qarabağ xalçaları” ilə bağlı xəbər yayılıb. “Qarabağ xalçası” təşkilatı yaradan ermənilər Qarabağ xalçalarının onlara məxsus olduqları iddiasını irəli sürüblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm