Bakıda dəhşətli qəza: yük maşını 22 avtomobili əzdi - FOTO
Bizi izləyin

Qırmızı.az

Bakıda dəhşətli qəza: yük maşını 22 avtomobili əzdi - FOTO

Yeni Yasamal ərazisində 20-dən çox avtomobilin əzilməsi ilə nəticələnən zəncirvari qəza hadisəsi baş verib.

Axar.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Əsəd Əhmədov küçəsində yük ilə dolu olan 90 pj 594 dövlət nömrə nişanlı “Zil” markalı yük maşını idarəetməni itirərək yol kənarında dayanmış avtomobillərə çırpılıb. Yük maşını yüksək sürətlə hərəkət etdiyindən yolda olan və park halında dayanmış 20-yə yaxın avtomobili əzib.

Qəza nəticəsində dayanacaqda dayanmış vətəndaşlardan xəsarət alanlar da olub. Hadisə yerinə dərhal təcili yardım maşını çağırılıb və yaralılar xəstəxanaya aparılıb.

Ciddi yaralanan olmasa da, hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm