Falçını öldürən şəxs danışdı - VİDEO
Bizi izləyin

Qırmızı.az

Falçını öldürən şəxs danışdı - VİDEO

Bir müddət əvvəl paytaxtda oxuduğu dualarla insanlara şəfa verməyə çalışan şəxsin qətlinin təfərrüatları bəlli olub. Hadisəni törədən şəxs tutulub.

ANS TV-nin məlumatına görə, mart ayının 14-də Bakının Səbail rayonunda, İçərişəhər ərazisində dini xidmətlər göstərdiyi deyilən Lerik rayon sakini, 45 yaşlı Tahir Talıbovun çoxsaylı bıçaq zərbələrilə qəsdən öldürülməsi faktında irəliləyişlər olub. Artıq onu öldürməkdə təqsirləndirilən şəxs də saxlanılıb. Həmin cinayətin təfərrüatları Səbail Rayon Prokurorluğunda araşdırılır.

Səbail rayon prokurorunun köməkçisi Mirfariz Seyidəliyev bildirdi ki, faktla bağlı Səbail Rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanılıb. Aparılan istintaq əməliyyat tədbirləri nəticəsində hadisəni törədən - 1970-ci ildə Goranboy rayonundan doğulmuş Cahangirov Məhəbbət Vilayət oğlu həbs olaraq istintaqa cəlb olunub.

28 yaşlı Məhəbbət Cahangirov barəsində həbs-qətimkan tədbiri seçilib. Hadisəni törədəndən sonra taksilə yaşadığı Goranboy rayonuna qayıdan Cahangirovu Səbail Rayon Polis İdarəsinin əməkdaşları saxlayıblar. Saxlanılan şəxs mərhum Tahir Talıbovu çoxdan tanıdığını, onun yanına gedib-gələndən sonra baş ağrılarından və əsəb gərginliyindən əziyyət çəkdiyini bildirib.

“Psixoloji problemlə bağlı bir-iki dəfə Tahir Talıbovu yanında olmuşam. Hadisənin neçə baş verdiyinin özüm belə dərk edə bilmirəm. Hadisənin baş verdiyi gün Tahir Talıbovu yaşadığı ünvana getdim. Qapını döydüm, qapını Tahir Talıbov açdı. Onunla salamlaşıb içəri girdim və bu an onu qətlə yetirdim. Dispanserdə müalicə alıram. Amma bu müalicənin bir xeyri olmadı. Öz-özümə danışıb gülürdüm”, – deyə saxlanılan şəxs Məhəbbət Cahangirov bildirib.

Qətlə yetirilən Lerik rayon sakini, 45 Tahir Talıbov İçərişəhər ərazisində mənzillərdən birini kirayə götürərək orada dini xidmətlər, şəfagətirici dualar oxumaqla məşğul olurmuş.

Hadisəni törədən Məhəbbət Cahangirovun yaxınlarının bizə bildirdiyinə görə, o, “Azəriqaz” İstehsalat Birliyinin Goranboy rayon şöbəsinin hüquqşünası imiş.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm