Qırmızı.az
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaranmasının 10 ili tamam olur
Bu gün Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) yaranmasının 10 ili tamam olur. Nazirlik Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 20 fevral 2004-cü il tarixli sərəncamı ilə keçmiş Rabitə Nazirliyinin bazası əsasında təsis edilib.
Publika.Az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, RİTN-in yaradılması informasiya texnologiyalarının yüksək templi inkişafı və insanların vacib ehtiyaclarının birinə çevrilməsindən irəli gəlirdi.
Xatırladaq ki, Azərbaycanda rabitə sahəsində ilk nazirlik 1918-ci
ildə Azərbaycan Demokratik Respublikasının təşəkkülündən sonra
yaradılıb. O zaman bu struktur Poçt və Teleqraf Nazirliyi
adlanıb.
Ölkəmizin son 10 ildə siyasi, sosial-iqtisadi, mədəni-humanitar
sahələrdə əldə etdiyi yüksək nəticələr və möhkəm təməl üzərində
formalaşmış ictimai-siyasi sabitlik, eyni zamanda dünya miqyasında
sivil, demokratik yolla inkişaf edən, beynəlxalq hüquq normalarına
və prinsiplərinə hörmətlə yanaşan ölkə imicini daha da
möhkəmləndirib. Azərbaycanın müasir, güclü, qüdrətli ölkəyə
çevrilməsi istiqamətində ölkə başçısının rəhbərliyi ilə həyata
keçirilən işlərin müsbət nəticələri bütün sahələrdə, o cümlədən
rabitə və informasiya texnologiyaları sahəsində də hər an özünü
büruzə verir.
İnformasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun
inkişafına göstərilən diqqət və qayğı, qəbul edilən qərarlar və
2013-cü ilin ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları
ili” elan olunması sektorun uğurlarını daha da artırmışdır.
2013-cü ilin fevral ayının 8-də ölkəmizin ilk milli
telekommunikasiya peykinin orbitə göndərilməsi ilə Azərbaycan dünya
kosmik ailəsinin fəal üzvlərindən birinə çevrildi və kosmik
sənayenin inkişafı istiqamətində uğurlu işlərə imza atdı.
Azərbaycan hökumətinin təşəbbüsü ilə irəli sürülən “Trans-Avrasiya
Super İnformasiya Magistralı” layihəsi BMT-nin ən üst qurumları
tərəfindən dəfələrlə yekdilliklə dəstəklənib və bu layihənin icrası
istiqamətində real işlərə başlanılıb.
İnformasiya Kommunikasiya Texnologiyalarının İnkişafı Dövlət
Fondunun, Yüksək Texnologiyalar Parkının və Elektron Təhlükəsizlik
Mərkəzinin yaradılması ilə bağlı Prezident sərəncamları isə
gələcəyə hesablanmış işlərin həyata keçirilməsinə stimul
yaradıb.
Bu gün ölkədə göstərilən elektron xidmətlərin sayı və çeşidi
durmadan artır. “Elektron hökumət" saytında təqdim edilən
xidmətlərdən ay ərzində təqribən 50 mindən çox insan istifadə edir.
Nazirlər Kabinetinin təsdiq etdiyi 428 xidmət növündən 249-u
"Elektron hökumət" və müvafiq dövlət qurumlarının portallarına
inteqrasiya edilib. İndiyədək əhaliyə təxminən 820 mindən artıq
elektron xidmət göstərilib.
Ölkə başçısının himayəsi ilə 19-cu dəfə Bakıda təşkil olunmuş
“Bakutel-2013” 19-cu Telekommunikasiya və İnformasiya
Texnologiyaları sərgi-konfransı respublikamızın İKT sahəsində böyük
inkişaf potensialına malik olduğunu, region əhəmiyyətli qlobal
layihələri daxili imkanları hesabına uğurla reallaşdırdığını bir
daha təsdiqləmişdir.
Həyata keçirilən işlərin uğurlu nəticəsi olaraq ölkəmiz nüfuzlu
beynəlxalq qurum və təşkilatların reytinq cədvəllərində İKT
sahəsində bir çox göstəricilərinə görə liderlər sırasındadır.
Dünyanın aparıcı təşkilatlarından olan Dünya İqtisadi Forumunun “Qlobal informasiya texnologiyaları 2013” adlı hesabatına görə, Azərbaycan 144 ölkə arasında İKT-ni ölkədə prioritet sahə hesab edən dövlət kimi 9-cu, internetin əlçatanlığı göstəricisinə görə 20-ci, mobil rabitə tariflərinə görə 28-ci, internet tariflərinə görə 16-cı, sosial şəbəkələrdən istifadəyə görə isə 41-ci sırada qərarlaşır və internetin 70 faizlik istifadəçi sıxlığı ilə MDB və Mərkəzi Asiya ölkələri arasında liderlik mövqeyini qoruyub saxlayır.
Artıq ölkə əhalisinin 98 faizi rəqəmli yayımla əhatə olunub ki, bu
texnoloji göstərici üzrə də ölkəmiz inkişaf etmiş ölkələr sırasında
yer alıb. Dövlət Neft Fondunun dəstəyi ilə start götürəcək
“Genişzolaqlı internetin inkişafı layihəsi”nin reallaşdırılması,
4-cü nəsil rabitə və informasiya texnologiyalarının tətbiq
olunması, milli informasiya resurslarının həcminin sürətlə artması
uzunmüddətli inkişafın sadəcə başlanğıcıdır.
Publika.Az
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO