Millət vəkilindən “zerkalnıy” nömrə həvəskarlarına məsləhət
Bizi izləyin

Qırmızı.az

Millət vəkilindən “zerkalnıy” nömrə həvəskarlarına məsləhət

“Azərbaycanda prestij nömrə deyilən bir xəstəlik var. Telefonda, maşında "zerkalnıy” nömrə" istəyənlərin sayı hesabı yox. İmkanı çatan Marsda torpaq alırmış kimi bu nömrələrdən ələ keçirməyə çalışır. Hərdən mənə də irad tuturlar ki, sənin sözünü eşidirlər, niyə öz maşınına bərk gedən nömrə almırsan, açığı, gülməyim gəlir. Əlbəttə, ancaq kommersiya marağı baxımından buna can atılsaydı, anlamaq olardı, yəni maşını satanda nömrə də üzərində bir neçə min artığa satılması perspektivi var. Ancaq əminəm ki, xeyli sayda insan üçün, sadəcə, bir nömrə xəstəliyi var”.

Publika.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa “facebook” səhifəsində yazıb. Millət vəkilinin sözlərinə görə, belə bahalı nömrə alıb maşınlarına vuran və ya telefonlarına qoyan şəxslər əslində maşının və ya telefonun nömrəsində prestij axtarmamılıdırlar. İnsanın özünün səviyyəli olması şərtdir, nömrənin yox:

“Hər dəfə binanın həyətində maşınımı park etmək üçün mənə ayrılmış yerə yaxınlaşanda qonşulardan birinin maşının orada park etdiyini görürəm. Gözətçi çıxıb adama xəbərdarlıq edir, adam da tələsik düşüb maşınını başqa bir yerdə saxlayır və hər dəfə də "müəllim, üzr istəyirəm, düşündüm ki, yəqin, gec gələrsiniz" deyib evinə yollanır. Ən azı hər dəfə 5 dəqiqə vaxtım itir. Alman deyil, rus deyil, gürcü də deyil, heç erməni də deyil. Azərbaycanlıdır. Ona görə də deməyə lüzum görmürəm ki, bu yer mənim maşınım üçün qeyd olunub, başqasının yerində saxlamaq doğru deyil. Səbirlə bunu anlayacağını gözləyirəm. Siyasət də belədir. Səbirlə bəzən bir şeylərin özlüyündən anlaşılmasını gözləməlisən. Bu gün təsadüfən şəxsini tanımadığım həmin bina qonşumun maşınının nömrəsinə diqqət yetirdim və hamını heyrətə gətirəcək bir ardıcıl nömrəsi olduğunu gördüm, yəni tam "zerkalnıy". Təbii ki, bahalı maşın, bahalı nömrə, ancaq çatmayan əsas bir komponent var - səviyyə. Mənim bir dostumun klassik sözünü hər zaman zövqlə xatırlayıram: Səlahiyyət insanın özüdür, öz şəxsiyyətidir. Ona görə də özünüz hər sahədə düşüncə və davranışınızla bir nömrə olmağa çalışın ki, maşınınızın, telefonunuzun nömrəsi ilə prestij axtarmayasınız”.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm