Yəməndən daha 5 Azərbaycan vətəndaşı təxliyyə olundu
Bizi izləyin

Qırmızı.az

Yəməndən daha 5 Azərbaycan vətəndaşı təxliyyə olundu

Yəməndən təxliyyə edilən yerli və MDB ölkələrinin vətəndaşlarından ibarət qrup Moskvaya gətirilib.

Publika.az xəbər verir ki, təxliyyə olunanlar arasında 5 Azərbaycan vətəndaşı da olub. Təyyarədə 150 sərnişin olub. Onlar əsasən Rusiya, Özbəkistan, Tacikistan, Belarus, Azərbaycan, Polşa, Qırğızıstan və Ukrayna vətəndaşları olublar.

Qeyd edək ki, birinci təyyarə reysi ilə iki Azərbaycan vətəndaşı təxliyyə edilmişdi.

Son iki həftədə Yəməndə 500-dən çox dinc sakin öldürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm