• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Hava küləkli olacaq

Hava küləkli olacaq

Yaxın üç gün ərzində Azərbaycan ərazisində küləkli hava şəraiti gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Publika.az-a bildirib ki, bu gün Bakı və Abşeron yarımadasında şimal-qərb küləyi əsir. Gün ərzində küləyin sürəti ayrı-ayrı yerlərdə arabir güclənəcək. Şimal-qərb küləyi axşama doğru nisbətən mülayimləşəcək. Sabah isə şimal-qərb küləyi mülayim cənub küləyi ilə əvəz olunacaq. Aprelin 5-də isə cənub küləyi yenidən şimal-qərb küləyi ilə əvəz olunacaq, küləyin sürəti arabir güclənəcək.

Yaxın 3 gün ərzində Bakıda və Abşeron yarımadasında gündüz saatlarında havanın temperaturu 7-11 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gündüz saatlarında 10-15, dağlıq rayonlarda isə 5-10 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR