Azərbaycanlı tələbələr London İqtisadiyyat Məktəbinin diplomunu alacaq
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı tələbələr London İqtisadiyyat Məktəbinin diplomunu alacaq

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri dünyanın iqtisad yönümlü ən qabaqcıl ali məktəblərindən biri olan London İqtisadiyyat Məktəbinin diplomunu ala biləcək.

Publika.az-ın məlumatına görə, bununla əlaqədar olaraq London İqtisad Universiteti ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq sazişi imzalanıb.

LCCİ proqramı əsasında təhsil alacaq tələbələr London İqtisadiyyat Məktəbinin bütün imkanlarından istifadə edə biləcək.

Tədbirdə çıxış edən universitetin rektoru Ədalət Muradov bu sazişin universitet üçün önəmindən danışıb. Bildirib ki, əməkdaşlıq dünya bazarında rəqabətə cavab verən kadrların hazırlanmasına imkan verəcək:

“Azərbaycanı tərk etmədən tələbələrimiz London İqtisadiyyat Məktəbinin diplomunu ala biləcək. Bu da o deməkdir ki, tələbələrimiz London kurrikulium tədrisi alacaq və bu universitetin professorlarından da yararlanmaq imkanı əldə edəcək. Bununla yanaşı, biz hazırlıq proqramına da qoşuluruq. Bununla da tələbələr təkcə Londonda deyil, dünyanın tanınmış ali məktəbələrində tədris alacaq. Bu da tələbələrimizə 80-dən çox ölkədə işləmək imkanı qazandıracaq. Universitetin birinci kursunu başa vurmuş, orta balı 80-dən çox olan tələbələr London Universitetinin hazırlıq proqramını keçmədən ali məktəbə daxil olacaq. ADİU-nun müəllimləri London İqtisadiyyat Məktəbində dərs demək imkanı əldə edəcək. Qürurla deyə bilərik ki, bizim ali məktəbin müəllimlərinin bu imkanları var. Təkcə bir il ərzində Avropanın, Kanadanın məşhur ali məktəblərini bitirmiş 60-dan çox gənci bizim ali məktəbdə dərs keçməyə dəvət etmişik. Onlardan ikisi London İqtisad Universitetinin məzunlarıdır”.

Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, “Təhsilin İnkişafı Dövlət strategiyası”nda ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin dərinləşməsi xüsusi əhəmiyyət daşıyır.

“Təhsil Nazirliyi də təhsil siyasətinin icraçı orqanı kimi ali məktəblərin beynəlxalq əlaqələrinin dərinləşməsini dəstəkləyir. Bu baxımdan, Azərbaycan Dövlət İqtisad Universitetində imzalanan saziş ali məktəbin nüfuzuna önəmli töhfə verəcək. Bu proqrama təkcə xarici kadrların deyil, yerli mütəxəssislərin də cəlb edilməsi onun önəmini bir daha göstərir. Bu il “Xaricdə Təhsil Dövlət Proqramı” üçün nəzərdə tutulmuş vaxt başa çatır və bu vaxta qədər 3185 nəfər xaricdə təhsil alıb. Bu gün sazişi imzalanacaq proqram da yüksək ixtisaslı kadrların hazırlanmasına imkan verəcək. Təhsil Nazirliyi olaraq biz də hər zaman bu işə dəstək verəcəyik”.

London İqtisadiyyat Məktəbinin rektoru Keyt Şarp deyib ki, bizim universitet Londonda qurulmuş 3-cü universitetdir. Yeganə ali məktəbdir ki, qəbul zamanı heç bir dini, irqi, milli ayrı-seçkilik qoymur.

“Bizim ən böyük LCCİ proqramımız üzrə 23 min tələbə təhsil alır. Tələbələrin 80%-i dünyanın müxtəlif ölkələrində təhsil alır. Hazırda bu proqram üzrə təhsil alan xaricilər arasında birinci yeri Sinqapur tutur. Gələcəkdə Azərbaycanın da ilk sıralarda olmasını arzulayıram. LCCİ proqramı üzrə dünyanın bir sıra Nobel mükafatçıları, həm də prezidentlər təhsil alıb. Bu proqram həm də tələbələrə bir neçə fakültə üzrə təhsil almaq imkanı yaradır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm