Türkiyə vətəndaşı Prezident İlham Əliyevə məktub yazdı
Bizi izləyin

Qırmızı.az

Türkiyə vətəndaşı Prezident İlham Əliyevə məktub yazdı

Türkiyə vətəndaşı Turhan Saltaş yaşadığı Ankara şəhərindən Azərbaycan Prezidenti İlham Əliyevə məktub yazıb.

“Report”un xəbərinə görə, T.Saltaş məktubunda Azərbaycan Prezidentinə xoş arzularını çatdırıb: “Siz böyük türk millətinin əziz dostu, vuran ürəyisiniz. Adınızı qəlbimizə yazdıq. Ev-eşiyinizdə həmişə şənlik olsun, ayağınıza daş dəyməsin. Allah ürəyinizcə versin, ömrünüzü uzun etsin. Təkcə Azərbaycanı deyil, bütün türk dünyasını sızladan Qarabağ münaqişəsinin tezliklə həll olunacağına inandığımızı və bu yolda Sizinlə birgə olduğumuzu bildiririk. Bağlı qapılar üzünüzə açılsın, cənab Prezident!”

Türkiyə vətəndaşı məktubunda Xocalıya həsr etdiyi şeirini də əlavə edib:

“Sən – içimi göynədən acı qəhər,

Sən – adı ürəklər dağlayan,

Yanıb-yanıb külə dönən,

şəhid şəhər Xocalım!

Qoynunda qalmaq üçün ölmək istərdim,

Nə edim, yoxdur əlacım.

Söylə səni yad etmək üçün gətirdiyim bu gülləri,

Qoyum hara Xocalım!

Mən səni düşünə-düşünə,

Mən səni ağlaya-ağlaya,

Qocaldım Xocalım!!!”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm