Qırmızı.az
TQDK abituriyentlərə müraciət etdi
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə və 11 illik təhsil bazasında kolleclərin müsabiqəsində iştirak etmək istəyən rus bölməsi abituriyentlərinə müraciət edib.
TQDK-dan Publika.az-a verilən məlumata görə, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu mayın 5-dən 18-dək aparılacaq.
Qəbul qaydalarına əsasən həmin abituriyentlər həmçinin “Azərbaycan dili” fənnindən də imtahan verməlidirlər. “Azərbaycan dili” fənni üzrə ilk imtahan aprelin 26-da, ikinci imtahan isə iyulun 7-də keçiriləcək.
Qeyd olunan kateqoriyadan olan rus bölməsinin abituriyentləri “Azərbaycan dili” fənni üzrə imtahanda iştirak etmək üçün aprel ayının 15-dək TQDK-nın internet saytının müvafiq səhifəsinə (https://eservices.tqdk.gov.az/erizebak/azdili/?frm=egov) daxil olaraq qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün tələb olunan iş nömrəsi və şifrəni internet ödəmə və ya bütün mobil operatorlardan 7725 nömrəsinə boş sms göndərməklə əldə etmək olar.
Rus bölməsinin abituriyentləri həmin iş nömrəsi və şifrədən elektron ərizə qəbulunun digər mərhələlərində də istifadə edə biləcəklər.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO