Çillə çıxdı, daha yaza nə qaldı?
Bizi izləyin

Qırmızı.az

Çillə çıxdı, daha yaza nə qaldı?

Çillə çıxdı, daha yaza nə qaldı

Bugün kiçik çillə çıxdı və yerini boz aya verdi. Bəli, qışın qurtarmasına cəmi bir ay qaldı. Qeyd edək ki, kiçik çillə girəndə həmişə özüylə qar, boran gətirir.

Hətta nənələrimizdən qalma bir deyim də var: Kiçik çillə girəndə böyük çilləyə deyir ki, sən gələndə mən gəlsəydim, ağlar-mələr qoymazdım.

Çünki cəmi 20 gün olan böyük çillə adətən qarsız-boransız keçir. Amma kiçik çillə gəlişini qarla, çovğunla xəbər verir. Amma gedişi çox sakit oldu.

Elə boz ay da bozara-bozara gedəcək. Ulularımız deyərdi ki, boz ay hər fəsildən bir gün götürür. Necə deyərlər bir gün payız, bir gün qış, bir gün yaz, hətta bir gün yay havası da ola bilər. Amma qışın kəsəri qalmadı daha.

Belədə ki, Novruza nə qaldı ki… Bir-iki gündən sonra ilk çərşənbəni qeyd edəcəyik.Elə hava da çərşənbələrə görə dəyişəcək-yel, od, su, torpaq. Necə deyərlər, havada Novruz qoxusu var.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm