Bakıda marşrut avtobusları azaldılıb
Bizi izləyin

Qırmızı.az

Bakıda marşrut avtobusları azaldılıb

Paytaxtda fəaliyyət göstərən marşrut avtobuslarının sayı azaldılıb.

Sürücülərin Axar.az-a verdiyi məlumata görə, 7-ci mikrorayondan Ayna Sultanova heykəli və Gənclik metrosundan keçməklə Nəriman Nərimanov metrosu istiqamətində hərəkət edən 10 nömrəli marşrutda 7-8 avtobus xətdən çıxarılıb.

Avtobusların sürücülərin əlindən alınmasına səbəb onlardan tələb edilən planı verə bilməmələridir. Sürücülər bildirir ki, artıq bir neçə sürücünü Bakı şəhər Nəqliyyat Departamentinə çağırıblar. Planı çatdıra bilmədiyi üçün department işçiləri avtobusları sürücülərin əlindən alıb və avtobus xətdən çıxarılıb. Bu səbəbdən də digər avtobuslar fasiləsiz olaraq, sonuncu dayanacaqda dayanmadan hərəkət edirlər:

“Avtobuslarımız çox köhnə olduğu üçün tez-tez sıradan çıxır. Dünən axşam saatlarında biri, bu gün səhər isə daha bir avtobus sərnişinləri yarıyolda avtobusdan endirməli olub. Son bir neçə gündür ki, 4 avtobus xətdən çıxarılıb. Yükümüz artıb, ancaq bu, əməkhaqqımıza qətiyyən təsir etməyib”.

Sürücülər işçilər arasında ixtisarların aparılmasından ehtiyat edir.

Bildirək ki, qarşıdan gələn Bakı Olimpiya oyunlarına görə paytaxtda sıxlığın aradan qaldırılması üçün avtobusların sayının azaldılması müzakirə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm