• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Tovuzdakı zorlanma faktına görə 3 nəfər həbs edildi - RƏSMİ

Tovuzdakı zorlanma faktına görə 3 nəfər həbs edildi - RƏSMİ

Azərbaycan Respublikası Baş Prokurorluğu Tovuz rayonunun Əyyublu kənd sakininin həmkəndliləri tərəfindən zorlanması faktı ilə yayılan informasiyalara aydınlıq gətirib.

Prokurorluqdan Publika.az-a verilən məlumata görə, bəzi KİV-lərdə Tovuz rayonunun Əyyublu kənd sakini Sənubər Nəcəfovanın (ad və soyad şərtidir) həmkəndliləri tərəfindən zorlanması faktı ilə Tovuz rayon Polis Şöbəsində başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilməməsi barədə informasiyalar dərc edilmişdir.

Prokurorluq həmin informasiyaları təkzib edərək bildirib ki, Tovuz rayon Polis Şöbəsində istintaqı aparılan cinayət işi üzrə Kamal Məmmədov və Elməddin Niyazov Cinayət Məcəlləsinin 150.2.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri), Mürsəl Kərimov isə Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində martın 30-da rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir: “Kütləvi informasiya vasitələrinin nümayəndələrinə bir daha xəbərdarlıq edirik ki, cinayət işləri üzrə ibtidai araşdırma məlumatlarının yayılmasına cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq yalnız müstəntiqin, təhqiqatçının, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi ilə yol verilir”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR