Göygöldə mikroavtobus aşdı: 1 ölü, 2 yaralı
Bizi izləyin

Qırmızı.az

Göygöldə mikroavtobus aşdı: 1 ölü, 2 yaralı

Bu gün səhər saatlarında Göygöl-Samux yolunun Xəqani kəndindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.

Publika.az-ın məlumatına görə, 50 yaşlı Kəmaləddin Qafarovun idarə etdiyi “QazEl” markalı mikroavtobus qəzaya uğrayıb. Qafarov Şəmkir istiqamətində hərəkətdə olan avtomobilin idarəetməsini itirib. Nəticədə “Qazel” yoldan çıxaraq aşıb.

Nəticədə 51 yaşlı Şəmkir rayon sakini Səfər Tağıyev hadisə yerində dünyasını dəyişib. Daha 2 nəfər - Şəmkir rayon Könüllü kənd sakinləri 47 yaşlı Bahar Cəfərova alın və burunun yumşaq toxumalarının əziyi, 51 yaşlı Gülbəz Tanrıverdiyeva isə bazu sümüyünün sınığı diaqnozu ilə Gəncə şəhər TTYX-na yerləşdirilib.

Faktla bağlı araşdırmalara aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm