Uşaq bağçasında qida təhlükəsi - SOS
Bizi izləyin

Qırmızı.az

Uşaq bağçasında qida təhlükəsi - SOS

115 saylı uşaq bağçasında uşaqlara vaxtı keçmiş ərzaq verilir.

Publika.az-ın məlumatına görə, bu barədə "Facebook" səhifəsində ANS TV-nin redaktoru Ləman Ələşrəf qızı yazıb.

Onun yazdığına görə, 115 saylı bağçada uşaqlara verilən xamanın müddəti martın 20-də bitsə də, yenə istifadə olunur.

“Bu gün aşpaz onu xörəyə qatmaqdan imtina edib. Anbara girib ətə də baxdım. Bir soyuducuda təzə ətdir, bir soyuducuda köhnə. Rəngi qapqaradır. Anbardara deyirəm, bunu niyə verirsiz uşaqlara? Deyir, qalığımdır. Deyirəm, qalıqları məhz uşaqlara verməlisiz, təzəni ver də!

Nə isə... Deməli, bağçaları Təhsil Nazirliyindən alıb Bakı Şəhər İcra Hakimiyyətinə vermək heç nəyi dəyişmədi. Gərək özümüzü dəyişək. Oğru əlimizi, oğru nəfsimizi, vicdanımızı dəyişək!” - jurnalist yazıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm