Azərbaycanda çayların suyu artıb
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda çayların suyu artıb

Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-120, Kiçik Qafqazın çaylarında 50-100, Lənkəran-Astara bölgəsi çaylarında 100-200, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edir.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 220 m3/s olmaqla ongünlük normanın 47 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 103 m3/s olmaqla, ongünlük normanın 75 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 71 m3/s təşkil edərək ongünlük normanın 51 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 6, Şirvanda 20, Salyanda 15, Bankədə 2 sm artım, Araz çayının Novruzlu məntəqəsində isə 1 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 406 sm (2014-cü il aprelin 03-də 357 sm), Şirvanda 265 sm (2014-cü il aprelin 03-də 199 sm), Salyanda 201 sm (2014-cü il aprelin 03-də 113 sm), Bankədə 195 sm (2014-cü il aprelin 03-də 215 sm), Araz çayının Novruzlu məntəqəsində isə 149 sm (2014-cü il aprelin 03-də 45 sm) təşkil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm