Ordumuz ilk dəfə gecə vaxtı irimiqyaslı təlimlər keçirəcək
Bizi izləyin

Qırmızı.az

Ordumuz ilk dəfə gecə vaxtı irimiqyaslı təlimlər keçirəcək

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında aprelin 5-dən Silahlı Qüvvələrin bütün qoşun növlərinin cəlb olunması ilə ilk dəfə olaraq gecə vaxtı irimiqyaslı əməliyyat-taktiki təlimləri başlayacaq.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, təlimlərə 15.000 nəfərədək şəxsi heyət, 200-dək zirehli texnika, raket və artilleriya qoşunlarının 300-dən artıq qurğusu, Hərbi Hava Qüvvələrinin 12 ədəd döyüş helikopteri və 8 ədəd döyüş təyyarəsi, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə bölmələri və zenit-raket birləşmələri cəlb ediləcək.

Təlimlərdə Quru qoşunlarının birləşmə və hissələrinin idarə olunması, hücum əməliyyatlarının təşkili və aparılması, gecə vaxtı və məhdud görmə şəraitində tank və PDM qruplarının düşmənin müdafiə xəttini yarması, eyni zamanda taktiki hava desantının düşmən bölmələrinin arxasına atılması, hücumda olan qoşunların dəstəyi üzrə hava hücumundan müdafiə qoşunlarının qarşılıqlı fəaliyyəti məsələlərinin öyrənilməsi mövzularında tapşırıqlar yerinə yetiriləcəkdir.

Gecə şəraitində motoatıcı və tank bölmələri, raket və artilleriya qurğuları, zenit-raket kompleksləri, təyyarə və helikopterlər döyüş atışlı mərmi və raket buraxılışlarını, o cümlədən bombalamanı icra edəcəklər.

Təlimlər aprelin 10-dək davam edəcəkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm