• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Azercell Müharibə Veteranları üçün yeni kampaniyaya başladı

Azercell Müharibə Veteranları üçün yeni kampaniyaya başladı

Azərbaycanın lider mobil operatoru Azercell Telekom hər zaman diqqət və qayğısını əsirgəmədiyi Müharibə Veteranları abunəçiləri üçün 2 aprel 2015-ci il tarixindən başlayaraq xüsusi kampaniya keçirir.

Belə ki, Müharibə Veteranları statusuna malik olan Azercell Fakturasız Xətt abunəçiləri təqvim ayı ərzində balanslarıına birinci dəfə yüklədikləri hər hansı danışıq kartın məbləğinin 100%-ni bonus olaraq Azercell-dən hədiyyə alacaqlar. Azercell tərəfindən hədiyyə olunan bonus şəbəkədaxili zənglər, SMS və MMS xidmətləri üçün 7 gün ərzində istifadə edilə bilər.

Onu da bildirək ki, Azercell Telekom 3 ildir ki, davamlı olaraq Qarabağ, Əfqanıstan və Böyük Vətən Müharibəsi Veteranları üçün xüsusi endirim kampaniyaları həyata keçirir. İstifadəyə verildiyi gündən bu güzəştli rabitə imkanından 28 000-dən artıq veteran yararlanaraq Azercell-dən 5 milyon 400 min AZN-dən artıq həcmdə bonus əldə etmişdir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR