Xalq artistimizi itirdik - FOTO, VİDEO - YENİLƏNİB
Bizi izləyin

Qırmızı.az

Xalq artistimizi itirdik - FOTO, VİDEO - YENİLƏNİB

Azərbaycanın xalq artisti vəfat etdi

Xalq artisti Firəngiz Şərifova bu gün səhər saatlarında dünyasını dəyişib.

Mərhumla vida mərasimi bu gün saat 14:00-da Azərbaycan Teatr Xadimləri İttifaqının binasında (Aktyorlar evi, Xaqani küçəsi, 19) keçiriləcək.

Mərhum İkinci Fəxri Xiyabanda dəfn ediləcək.

***

Publika.az-a bu barədə Gənc Tamaşaçılar Teatrından məlumat verilib. Qeyd edək ki, fevralın 6-da böyük sənətkarın 90 yaşı tamam olmuşdu.

Firəngiz Şərifova1924-cü ildə Bakıda doğulub. Səkkiz yaşında Azərbaycan məktəbinin birinci sinifinə gedib və növbəti ildə yenidən rus məktəbinin birinci sinifində oxumağa başlayıb. Paralel olaraq səkkiz il Bakı Xoreoqrafiya Məktəbində oxuyub.

Dramaturq Cəfər Cabbarlının təkidi və atası Abbasmirzənin razılığı ilə səhnədə səkkiz yaşında "Oqtay Eloğlu"nda Sevər və bir az sonra "Sevil"də Gündüz rollarında çıxış edib. Qanla və südlə aktyorluq peşəsi, təşnəli sənət ehtirası, alovlu istedad bütün varlığına hopmuş Firəngiz xanım 1947-ci ilin əvvəllərində Cəlil Məmmədquluzadə adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul olunub. 1949-cu ilin əvvəllərində bu sənət ocağı məcburi özünümaliyyələşdirmə iş üsulüna keçirildiyinə görə müvəqqəti bağlanıb.

Firəngiz xanım Xalq Maarif komissarlığı İncəsənət İşləri İdarəsinin (bugünkü Mədəniyyət Nazirliyi) sərəncamına əsasən köçürmə yolu ilə Gənc Tamaşaçılar Teatrının truppasında aktyor işləməyə başlayıb. Tezliklə teatrın repertuar ağırlığını çəkən əsas aktyorlardan biri olub. Anası Mərziyə xanım xəstə olanda görkəmli aktrisaya anadan doğulmasının altmış illiyi munsibətilə təntənəli yubiley keçirilib. Yubileydən sonra Firəngiz Şərifova 1960-cı il may ayının 5-də Akademik Milli Dram Teatrına işə götürülüb. O, bu sənət ocağında 1965-ci il aprel ayının 1-nə qədər işləyib və qısa müddət ərzində parlaq sənət hadisəsinə çevrilən obrazlar yarada bilib. Qüdrətli aktrisa yaşının və sənətinin erkən yeteinlik çağında, 1965-ci ildə yenidən Gənc Tamaşaçılar Teatrına qayıdıb və indiyədək oranın aparıcı sənətkarıdır.

Fitnə, Ana Vətən, ("Fitnə" və "E1 oğlu", Abdulla Şaiq), Məhsəti Gəncəvi ("Rübailər aləmində", Məmmədhüseyn Təhmasib), Yetər ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov), Beatriça Rasponi ("İki ağanın bir nökəri", Karlo Haldoni), Həmidə ("Keçən ilin son gecəsi", Anar), Qızyetər ("Komsomol poeması", İsgəndər Coşqun. Səməd Vurğunun eyniadlı poeması əsasında), Mədinə, Ağabəyim ("Mənim nəğməkar bibim" və "Yazığam, sevmə məni", Əkrəm Əylisli), Təhminə ("Söhrab və Rüstəm", İsgəndər Coşqun. Firdovsinin "Şahnamə" poeması əsasında), Ayşa Ana ("Fudzi dağında qonaqlıq", Çingiz Aytınatov və kaltey Məhəmmədcanov), Məşədixanım ("Ağ dəvə", Elçin) rollarıdır.

Firəngiz Şərifova gənc yaşlarından başlayaraq "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan "Qaraca qız" (Yasəmən), "Bir ailəlik bağ evi" (Ana), "Bayquş gələndə" (Nənə), "Qərib cinlər ölkəsində (Tükəz), "Qətl günü" (Nənə) kino lentlərində müxtəlif rollara çəkilib.

Allah rəhmət eləsin!

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm