• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

"Fahişə və şahzadə nağılı" - "seks işçisi"nin insan siması

"Fahişə və şahzadə nağılı" - "seks işçisi"nin insan siması

Seks işçiləri necə insandırlar? Avstraliyada yüzlərlə fahişə sosial mediada bütün dünyaya özləri barədə yazırlar.

“Kollec tələbəsiyəm. Vəkil olmaq istəyirəm. İctimai fəalam. Qızım, bacım var. Seks işçisiyəm. Məni bu həyatdam xilas etmənizi istəmirəm…”

Yüzlərlə avstraliyalı seks işçisi #facesofprostitution həştəq-indən istifadə edərək özləri barədə bu kimi məlumatları verirlər.

Bu hashtag-i ötən bazar günü 21 yaşlı seks işçisi və tarix fakültəsinin məzunu Tilly Lawless başlayıb. O, əslində populyar Avstraliya qadın jurnalı “Mama mia”da dərc olunmuş bir bloqa cavab vermişdi. Bloq “fahişə ecazkar şahzadəsinə qovuşur” mövzulu “Gözəlçə” (Pretty Woman) filminin 25 illiyinə həsr olunmuşdu və müəllif yazırdı ki, reallıqda fahişə həyatı daha eybəcərdir.

Şüurlu seçim

Tilly Lawless bloqda seks işçilərinin ucdantutma pislənməsindən qəzəblənmişdi. Onun özü artıq iki ildir ki, fahişəliklə məşğul olur, lakin seks işçisi kimi qeydiyyatdan bu yaxınlarda, fahişəliyin qanunla qadağan olunmadığı Sidneydə keçib. O, fahişəliyin başqa simasını göstərmək üçün İnstagram-a öz şəklini qoyub. O, seks işçisi olmaq seçimini şüurlu şəkildə etdiyni yazaraq həmin bloqa etirazını bildirib.

Bundan az sonra Tilly ilə Avstraliya Seks İşçilərinin – Scarlet Alliance təşkilatından əlaqə saxlayıblar və xahiş ediblər ki, həştəqi Twitterə göndərsin. Və hər şey bundan sonra başlanıb: Yüzlərlə fahişə qadın öz fotoşəklini göndərməyə başlayıb. Burada çoxları ilk dəfə idi ki, seks işçisi olduqlarını açıq etiraf edirdilər.

“Mən buna müsbət mənada çox heyrətləndim – deyib Lawless BBC Trending-ə - Çünki fahişələri çox nadir hallarda insan qismində görürlər. Onların daha çox bədənlərindən danışırlar. Lakin bu sifətlərin sosial mediaya çıxarılması çox güclü təsirə malik olub”.

Bir çoxları onun məqalə barədə fikrilərini bölüşürlər. Bu səhifədə şəkli yerləşdirilmiş Holly Şərqi Avropadan fahişəlik məqsədilə trafikinq edilmiş qadınlardan biridir.

Avstraliyalı aktrisa və seks işçisi Madison Messina BBC Trending-ə bildirib ki, sözü gedən bloq təhqiramiz tərzdə yazılıb.

Onun fikrincə, məqalədə “ölkəyə trafikinq yolu ilə seks işçilərinin gətirilməsi problemi elə qabardılır ki, trafikinqin qurbanı olan insanlar səslərini çıxara bilməsinlər.

"Gözəlçə"

“The Pretty Woman” – “Gözəlçə” bloqpostu ilk dəfə Missuridə mənzillənmiş “Exodus cry” xristian qrupunun saytında yerləşdirilib. Bu qrup “seks köləliyinin ləğvi uğrunda mübarizə” apardığını bildirir.

film"Gözəlçə" filmindən kadr

Bu məqalədə müəllif Laila Mickelwait iddia edir ki, “Gözəlçə” kimi filmlər fahişəliyi tərənnüm edərək gənc qadınları iztirab və təhqirlərlə dolu həyata sürükləyir.

Müəllif BBC Trending-ə, məqalədə yazdığının üstündə durduğunu deyib. O bildirib ki, seks işçisi peşəsinin leqallaşdırılması olan yerdə trafikinq də olacaq.

O deyib ki, bir neçə adamın öz şəkillərini Tvitterə göndərməsi seks sənayesi barədə həqiqətin üstündən xətt çəkmir.

Laila Mickelwait bu qənaətdədir ki, bu məsələni bu şəkildə sosial mediaya çıxaranlar azlıq təşkil edirlər.

Tilly Lawless, belə yanaşmanı əlbəttə ki, qəbul etmir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR