Saxta əskinas hazırlayanlar yaxalandı - BAKIDA
Bizi izləyin

Qırmızı.az

Saxta əskinas hazırlayanlar yaxalandı - BAKIDA

Mart ayı ərzində Qaradağ rayonunun Ələt qəsəbəsində mağazadan alış-veriş edən şəxsiyyəti məlum olmayan 2 nəfərin mağaza sahibləri Azər Əhədova, Nənəqız Həşimovaya və Elman Bayramova saxta 20 manatlıq verdiyi müəyyən edilib. Əskinasların saxta olması müəyyən edilib.

Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, faktla əlaqədar Qaradağ RPİ 11-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əskinasları vermiş şəxslərin qəsəbə sakinləri Məhəbbət Şəmilzadə və Davud Azadxanlı olması müəyyən edilib və onlar tutulub.

D.Azadxanlıya məxsus Ələt qəsəbəsində yerləşən internet kluba baxış zamanı rəngli printer və skaner aparatları aşkar edilərək götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm