• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

20 yaşlı qızı zorlayanların ailəsi Tovuzdan sürgün edilir

20 yaşlı qızı zorlayanların ailəsi Tovuzdan sürgün edilir

"Tovuzun Əyyublu kəndində 20 yaşlı qızın 4 nəfər həmkəndlisi tərəfindən zorlanması kənd camaatını şoka salıb".

Bunu lent.az-ın adıçəkilən kəndə ezam olunmuş əməkdaşı bildirib. Onun sözlərinə görə, bu hadisədən sonra kənd camaatı narahatlıq keçirir: "Hətta bəziləri axşam qızlarını küçəyə tək buraxmağa qorxurlar".

Artıq yerli camaat həmin 4 gəncin ailələrinin kənddən çıxmasını tələb edir: "Kəndlilər onlarla bir kənddə yaşamaq istəmir. Kənd camaatı zorakılığa məruz qalan qızın tərəfindədir. Qızın ailəsinin mədəni ailə olduğunu bildirirlər. Qıza zor tətbiq edənlərin ailələrinin kənddən çıxarılması üçün imzatoplama kampaniyası keçirilir. Artıq onlarla insan öz imzalarını atıb".

Qeyd edək ki, Əyyublu kənd sakini olan, 20 yaşlı G.N. 4 nəfər həmkəndlisi tərəfindən zorlandığı ilə bağlı Tovuz rayon Polis Şöbəsinə müraciət edib. Dərhal müraciət əsasında araşdırmalara başlanılıb və yaşı 20-25 arası olan həmin 4 nəfər saxlanılaraq şöbəyə aparılıb.

Fakta görə cinayət işi açılıb və həmin şəxslər barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün rayon məhkəməsinə göndərilib.

Tovuz Rayon Polis Şöbəsində istintaqı aparılan cinayət işi üzrə Kamal Məmmədov və Elməddin Niyazov Cinayət Məcəlləsinin 150.2.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri), Mürsəl Kərimov isə Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla martın 30-da barələrində rayon məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR