Goranboyda dəhşət: Xəstə yardıma gələn tibb işçilərini doğradı - FOTO
Bizi izləyin

Qırmızı.az

Goranboyda dəhşət: Xəstə yardıma gələn tibb işçilərini doğradı - FOTO

Xəstəyə yardıma gedən təcii tibbi yardım heyəti özü yardıma möhtac qalıb.

ANS-in bölgə müxbirinin verdiyi məlumata görə, xəstə tərəfindən tibb bacısına 17, təcili tibbi yardım maşınının sürücüsünə 2 bıçaq zərbəsi vurulub. Ağır vəziyyətdə olan tibb bacısını da xəstəxanaya xəsarət alan sürücü çatdırmalı oldu.

Səhər saatlarında Goranboyun Səfikürd kəndinə xəstə yaxınlarının çağırışına gedən tibbi yardım briqadası gözləmədikləri vəziyyətlə üzü üzə qalıb. Səfikürd kənd sakini Ramin Çıraqov yardıma gələnləri bıçaqla qarşılayıb. Əvvəlcə təcili tibbi yardım maşınının sürücüsü Novruz Məmmədovun üz və boyun nahiyəsinə bıçaq vuran Ramin daha sonra avtomobilin içərisində əyləşən tibb bacısına hücum edib. Avtomobilin içərisində tibb bacısı Əminə Cabbariyə 17 bıçaq zərbəsi vurub.

Yaralı Novruz Məmmədov: ”Əlindən çıxıb qaça bildim. Sonra tibb bacısını lap pis vəziyyətə qoydu. Tibb bacısı maşındaydı, maşından düşməyə heç imkan vermədi. Mən də qan axa-axa başıma məhrabanı, bir əlimlə də rulu tutub gəldim xəstəxananın qabağına. Bura çatanda huşumu itirdim”.

Goranboy rayon xəstəxanasından 61 yaşlı Əminə Cabbarinin vəziyyətinin ağır olduğu bildirilir. Hadisəni törədən Ramin Çıraqov artıq polis tərəfindən saxlanılıb. Rayon polis şöbəsindən 34 yaşlı Ramin Çıraqovun kənd məktəbində informatika müəllimi olduğunu və 2 il öncə ruhi əsəb sarıntısı keçirdiyini dedilər.

Müstəntiq Zülfüqar Süleymanovun sözlərinə görə, gecə saatlarında həmin xəstədə yenidən problemlər yaranıb: "Bu səbəbdən də yaşadığı evdə ailə üzvüləri ilə ailə məişət münaqişəsi zəminində mübahisə olmuş. Həmin mübahisədən sonra valideynləri Goranboy rayon təcili tibbi yardım şöbəsinə müraciət etmiş və nəticədə hadisə baş verib”.

Goranboy rayon polis şöbəsindən onu da bildirdilər ki, Ramin Çıraqov artıq Gəncə şəhər ruhi əsəb dispanserinə göndərilib. Hazırda faktla bağlı araşdırma aparıır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm