Zakir Həsənov Anjey Kasprşiklə cəbhədəki vəziyyəti müzakirə edib
Bizi izləyin

Qırmızı.az

Zakir Həsənov Anjey Kasprşiklə cəbhədəki vəziyyəti müzakirə edib

Azərbaycan Respublikasının müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsini qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 20-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki qəbul edib.Görüşdə qoşunların təmas xəttindəki mövcud vəziyyət, keçirilən monitorinqlərin nəticələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırkı vəziyyət və danışıqların perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm