Qırmızı.az
Sabahın havası
Aprelin 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Publika.az-ın məlumatına görə, axşam bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Temperaturun gecə 4-6° isti, gündüz 9-14° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və
səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın
temperaturu gecə 4-9° isti, gündüz 13-18°isti, dağlarda gecə 3°
şaxtadan 2°-dək isti, gündüz 5-10°, bəzi yerlərdə 12° isti olacağı
gözlənilir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 3-8° isti, gündüz 15-20° isti olacağı
gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman
olacaq, şərq küləyi əsəcək. Temperaturu gecə 3° şaxtadan 2°-dək
isti, gündüz 5-10° isti, bəzi yerlərdə 12° isti olacağı
gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
rayonlarında hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə
duman olacaq. Şərq küləyi əsəcək. Temperaturun gecə 1-6° isti,
gündüz 12-17° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,
Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında gün
ərzində hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman
olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6° isti,
gündüz 11-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz
3-8° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz
keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi
əsəcək. Havanın temperaturunun gecə 4-9° isti, gündüz 13-18° isti
olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gün
ərzində hava əsasən yağmursuz keçəcək, səhər dağlarda duman olacaq,
şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-8° isti, gündüz
13-16° isti, dağlarda gecə 2-6° isti, gündüz 8-13° isti olacağı
gözlənilir.
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin119 Aprel 20:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil19 Aprel 20:40
Buraxılış imtahanının nəticələri açıqlandı