Şeyx deputatın restoranında tutulan rekordçudan danışıb
Bizi izləyin

Qırmızı.az

Şeyx deputatın restoranında tutulan rekordçudan danışıb

Deputat Hadı Rəcəblinin restoranında həbs edilən rekordçu haqda yeni məlumatlar var.

Axar.az xəbər verir ki, Lənkəranda yerləşən “Palıdlı sahil" istirahət mərkəzində saxlanılan Ələsgər Həsənzadə vaxtilə qazandığı uğurlara görə Beynəlxalq Rekordlar və Nailiyyətlər Agentliyindən Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlanıb. Məktubda Ələsgər Həsənzadə milli nailiyyət kimi dəyərləndirilib.

Şeyxülislam Allahşükür Paşazadə isə Ələsgəri “Allahın sevimli bəndəsi” adlandırıb. Ələsgər 2004-cü ildə Ginnesin rekordlar kitabına düşüb. Lənkəranın Aşağı Nüvədi kəndinin sakini, 18 yaşlı Ələsgər 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucunda sinəsini yerə vurmamaq şərti ilə 3 min dəfə qalxıb-enib.

Onun 7 yaşında göstərdiyi bu rekord "Ginnesin Rekordlar Kitabına" düşüb. Çünki Həsənzadəyə qədər dünyada 7 yaşdan aşağı heç kim belə bir rekorda imza atmayıb. Musavat.com yazıb ki, polis əməliyyat keçirib. Əməliyyat nəticəsində 5 gənc həbs edilib. Onlardan biri də gənc rekordçudur. Həbsin motivi bilinmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm