Mətbuat Şurası mitinqdə monitorinq aparıb
Bizi izləyin

Qırmızı.az

Mətbuat Şurası mitinqdə monitorinq aparıb

Azərbaycan Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı monitorinq qrupu bu gün müxalifətin «İnşaatçılar» metrostansiyasının yaxınlığındakı «Məhsul» stadionunda keçirdiyi mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələri ilə bağlı monitorinq aparıb.


Mətbuat Şurasının mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, aksiyada bununla bağlı hər hansı problem qeydə alınmayıb. Kütləvi informasiya vasitələrinin təmsilçilərindən qrupun üzvlərinə hansı müraciət edilməyib.

Azərbaycan Mətbuat Şurasının monitorinq qrupunun üzvləri mitinqi işlıqlandıran jurnalistlərin əsasən üzərində «PRESS» yazılmış xüsusi gödəkçələrdə olduqlarını qeydə alıb. Bununla belə mövcud peşə tələbinə əməl etməyən jurnalistlər də olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm