Bu küçələrdə tıxac var
Bizi izləyin

Qırmızı.az

Bu küçələrdə tıxac var

Bakının bəzi küçələrində sıxlıq var.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Publika.az-a verilən məlumata görə, hazırda Heydər Əliyev prospekti – kənar yolda üzü şəhər istiqamətində, Bakı-Sumqayıt şosesi – Avtovağzalın qarşısında, Moskva prospektindən “20 Yanvar” dairəsi istiqamətində avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur.

Tbilisi prospekti – Nəqliyyat Nazirliyinin qarşısına doğru nisbətən sıxlıq var.

Bundan əlavə, Atatürk prospektindən “Gənclik” metrostansiyası və Azadlıq prospekti Cəfər Xəndan küçəsində tıxac müşahidə olunur.

Sürücülərə Tbilisi prospektinə alternativ olaraq H. Zərdabi və ya A.M. Şərifzadə küçələri, Azadlıq prospektinə alternativ olaraq Aşıq Molla Cümə küçəsi ilə hərəkət etmək tövsiyə olunur.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm