Qırmızı.az
Azərbaycanda film kimi quldurluq
Şabran rayonunda fermalardan birinə basqın edərək
quldurluq edən iki nəfər tutulub.
Şabran rayon polis şöbəsinin əməliyyat üzrə rəis müavini Laçın
Hacıyevin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə,
hadisə aprel ayının 4-də gecə saat 23:30-da, rayonun Dəvəçi
kəndində qeydə alınıb.
Kəndin kənarında yerləşən 1942-ci il təvəllüdlü Zülfi Əmrah
Harunovaya məxsus fermaya iki nəfər atlı girib. Onlar fermaya
girərkən it hürməyə başlayıb. İtin səsinə Zülfi Harunova çölə
çıxıb. Atlılardan biri tez fermanın işıqlarını söndürüb. Biri də
əlində tutduğu yaba ilə qadının başına və bədəninə bir neçə ağır
zərbə vurub. Qadın zərbələrin nəticəsində huşunu itirib.
Səs-küyə qonşuluqdakı fermalardan gələnləri görən atlılar
qorxuya düşüb. Onlar fermadan yalnız 2 hinduşka götürərək
qaçıblar.
Qonşular ferma sahibəsini huşsuz vəziyyətdə tapıblar və onu
xəstəxanaya aparıblar.
Məlumat daxil olan kimi Şabran rayon polis şöbəsinin əməkdaşları
əməliyyat keçiriblər. Əməliyyat zamanı hadisəni həmin kənddən olan
1982-ci il təvəllüdlü İlham Əzməmməd oğlu Seyidov və 1988-ci il
təvəllüdlü Cavad Əli oğlu Əkbərov tərəfindən törədildiyi məlum
olub.
“Tərəfimizdən keçirilən əməliyyat nəticəsində İlham Seyidov və Cavad Əkbərov saxlanılıb. İlkin dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri əməli etiraf ediblər. Onlardan quldurluq edərkən istifadə etdikləri yaba və hadisə yerindən onlara məxsus iri bıçaq götürülüb”, - deyə Laçın Hacıyev bildirib.
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO