Sığorta ödənişləri ilə bağlı problemləri xüsusi komissiya həll edəcək
Bizi izləyin

Qırmızı.az

Sığorta ödənişləri ilə bağlı problemləri xüsusi komissiya həll edəcək

Azərbaycanda sığorta ödənişləri ilə bağlı problemlərlə əlaqədar şikayətlərin baxılması üzrə komissiya yaradılıb.

Trend-in məlumatına görə, bunu Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin rəis müavini Müşfiq İsrafilov III Milli Sığorta Agentləri Forumunda deyib.

Onun sözlərinə əsasən, son vaxtlar sığorta şirkətlərinin fəaliyyəti ilə bağlı şikayətlərin sayı artır: "Sığorta şirkətlərinin ödənişlər etməməsi ilə əlaqədar Azərbaycan Prezident Administrasiyasına şikayətlər daxil olur və belə şikayətlərin sayı artır. Bu məsələ hazırda Maliyyə Nazirliyi və Azərbaycan Prezident Administrasiyasının nəzarəti altındadır".

M.İsrafilov qeyd edib ki, sığorta şirkətləti ilə bağlı şikayətlərin 20 faizə qədərinin əsası var.

Sədri M.İsrafilovun olduğu komissiya hər çərşənbə günü saat 15:00-dan 17:00-dək şikayətçiləri qəbul edəcək.

O bildirib ki, istənilən şəxs sığorta şirkətinin fəaliyyəti ilə bağlı şikayətini bildirə və ya onların fəaliyyəti üzrə təklifini təqdim edə bilər: "Sabah bu məsələni 7 iri sığorta şirkətinin nümayəndələri ilə görüşdə müzakirə edəcəyik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm